Bank Of Baku

“Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi Ermənistana qarşı qaldırılan məhkəmə iddiası ilə bağlı tədbir keçirib

“Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi Ermənistana qarşı qaldırılan məhkəmə iddiası ilə bağlı tədbir keçirib
# 12 dekabr 2011 11:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi Ermənistana qarşı qaldırılan məhkəmə iddiası ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, ictimai birliyin sədri Faiq İsmayılov deyib ki, iddia Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı Məhkəmə iddiasının qaldırılması” adlı layihə çərçivəsində qaldırılıb. Layihə çərçivəsində Azərbaycana məxsus abidələrin ermənilər tərəfindən dağıdılası və ya erməniləşdirilmiş barədə Ermənistana qarşı məhkəmə iddiası Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib: “Bunlar Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi, Gəncəsər monastırı, Şuşa şəhərindəki Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidləri, Laçın Tarix-Diyarşünaslıq Muzeyi, Ağoğlan qəsri, Ağdam rayonundakı Cümə məscidi, Şahbulaq qəsri, Zəngilan Tarix-diyarşünaslıq Muzeyi, Xalqlar Dostluğu və Daş Heykəllər muzeyləridir”.

Konfransda çıxış edən vəkillər Sadiq Bağırov və Nemət Heydərov məsələnin hüquqi aspektləri barədə məlumat veriblər.
Tədbirdə açıqlanan hesabat da isə bildirilib ki, Azərbaycanın işğal altındakı ərazilərində yer-yurd adları və toponimlər dəyişdirilib, keçmişdə istirahət əraziləri olan tarixi yerlərdə məqsədli şəkildə xaç daşları basdırılıb, kənd və qəsəbələrdə erməni kilsələri tikilib, arxeoloji qazıntılar Ermənistana daşınıb, İslam dini abidələri məhv edilib, Alban xristian abidələri qriqoryanlaşdırılıb, o cümlədən milli-mədəni dəyərlərdən turizm məqsədilə istifadə edilərək, gəlir əldə edilir.
Hesabatda məhkəmə iddialarının qaldırılmasına mane olan səbəblər də açıqlanıb: “Layihə çərçivəsində təşkilat, abidələrin qorunması və mühafizəsi sahəsində Azərbaycanda çox ciddi problemlərin olduğunu aşkar edib. Məlum olub ki, işğal altında olan abidələrimizin heç də hamısı haqqında məhkəmə iddiası qaldırmaq mümkün deyil. Çünki işğal olunan ərazilərdəki abidələrin təqribən 70 faizi dövlət qeydiyyatında yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR