Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibinin müavinini qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibinin müavinini qəbul edib
# 12 dekabr 2011 11:58 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, görüş zamanı K. Heydərov qonağa FHN-in strukturuna daxil olan qurumlar və onların fəaliyyəti haqqında ətraflı məlumat verib. Nazir FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırıb.
Öz növbəsində, V. Kuvşinov FHN-in fəaliyyətini yüksək qiymətləndirib, BMMT tərəfindən keçirilən tədbirlərdə nazirliyin əməkdaşlarının iştirakını alqışlayıb, təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Görüşdə gələcəkdə birgə əməkdaşlıq planının hazırlanması perspektivləri də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR