Bank Of Baku

Azərbaycan parlamenti “Sosial xidmətlər haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirə etməyə hazırlaşır

Azərbaycan parlamenti “Sosial xidmətlər haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirə etməyə hazırlaşır
# 12 dekabr 2011 13:33 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA-Economics. Yaxın günlərdə “Sosial xidmətlər haqqında” qanun layihəsi üçüncü oxunuşda Azərbaycan parlamentində müzakirəyə çıxarılacaq. “APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, bu layihədə bir çox maraqlı yeniliklər var və sosial xidmətlərin yeni növləri ortaya qoyulmalıdır: “Qeyri-hökumət təşkilatları bu işdə fəal olmalıdır. Sosial evlər - sığınacaqlar həm pullu, həm də pulsuz olacaq. Təsəvvür edin ki, biz hələ bunu qəbul edə bilmirik. Qocalar evi dedikdə, özəl qocalar evi insanlara qəribə gəlir, atılmışların evi kimi başa düşülür. Burada insanlara psixoloji yardım göstəriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR