Bank Of Baku

ETSN ekspedisiyasının baş mühəndisi: “Zığda sürüşmə təhlükəsi barədə hələ bu ilin mayında əlaqədar qurumları xəbərdar etmişdik”

ETSN ekspedisiyasının baş mühəndisi: “Zığda sürüşmə təhlükəsi barədə hələ bu ilin mayında əlaqədar qurumları xəbərdar etmişdik”
# 12 dekabr 2011 14:48 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, sözügedən ərazidəki kanalizasiya sistemindən baş verən sızmalar 43 nömrəli beşmərtəbəli yaşayış binasının qarşısında sovet dönəmindən tikilən istinad divarını dağıdıb, orada tikilməmiş hasarı uçurub: “Hazırda orada olan yaşayış binlarına, evlərə uçqun-sürüşmənin heç bir təsiri yoxdur. Ancaq proses belə davam eləsə, həmin ərazidə fəsadlar daha böyük olacaq”.

Ş. Niftiyev deyib ki, 1982-ci ildən Zığ yamacında sürüşmələr davam edir. 1991-ci ildən isə həmin ərazidə ETSN tərəfindən monitorinqlər aparılır: “Hər ay Zığ sürüşmə sahəsi haqqında bizim bülletenlərdə məlumatlar gedir. 2010-cu ildə həmin ərazidə 4 dəfə sürüşmə aktivləşib və oradan 11 ev köçürülüb. Həmin ərazilərin torpaq şəhadətnamələri belə ləğv edilib. Bu il may ayında da əlaqədar qurumlara məlumat verdik ki, kanalizasiya sisteminin bərbadlığı uçqunların yaranmasına, ərazidə sürüşmənin yenidən aktivləşməsinə səbəb olacaq. Nəticə göz qabağındadır”.

Ş. Niftiyevin sözlərinə görə, hazırda ərazidə sürüşmə dayanıb: “Amma texnogen təsir davam etdikcə sürüşmə-uçqun da davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR