Bank Of Baku

ETSN: Ağsu aşırımında ötən il baş verən sürüşmənin bəzi hissələrində aktivləşmələr olsa da, bu il ciddi sürüşmə prosesləri müşahidə olunmayıb

ETSN: Ağsu aşırımında ötən il baş verən sürüşmənin bəzi hissələrində aktivləşmələr olsa da, bu il ciddi sürüşmə prosesləri müşahidə olunmayıb
# 12 dekabr 2011 16:02 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. O deyib ki, bu ərazilərdə aktivlik olsa da, sürüşmə prosesi intensivləşməyib.

Ş. Niftiyevin sözlərinə görə, Ağsu aşırımında sürüşmənin qarşısını almaq üçün ötən il Nəqliyyat Nazirliyi tərəfindən tədqiqat işləri aparılıb: “Əgər orada sürüşmə sahələrinin üzərindəki fəaliyyət dayandırılmasa, problem yarana bilər. Ağsu aşırımındakı iaşə müəssisələrinin fəaliyyətinə nəzarət olunmalı, yamaca suyun buraxılmasının, yolun bərpası və təmiri zamanı yamacın kəsilməsinin qarşısı alınmalıdır. Yolu bərpa eləyərkən kortəbii üsullara son qoyulmalıdır. Yamacın dayanıqlığını pozmaq olmaz”.

Ş. Niftiyev bildirib ki, Muğanlı-İsmayıllı yolunda da çox intensiv aktivləşmə gedir: “Bunun qarşısını almaq üçün Muğanlı-İsmayıllı yolunun trayektoriyasının dəyişdirilməsi təklif olunub. Çünki artıq bu yolun bərpası mümkün deyil. Bununla bağlı ötən il Ekologiya və təbii sərvətlər nazirliyi, Nəqliyyat və Fövqəladə Hallar nazirlikləri birgə işçi komissiya yaradıblar. Bununla bağlı tədbirlər planı da hazırlanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR