Bank Of Baku

Sabah Bakıda Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclası keçiriləcək

Sabah Bakıda Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclası keçiriləcək
# 13 dekabr 2011 07:26 (UTC +04:00)
APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, iclasda Xəzərətrafı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin rəhbər nümayəndə heyəti iştirak edəcək.

Üç gün davam edəcək iclasın gündəliyinə əsasən balıq ovu kvotasının mənimsənilməsi, süni balıqartırma və balıq ehtiyatlarının mühafizəsi üzrə 2010-2011-ci illərdə görülən işlər barədə məlumat veriləcək, dəniz ekspedisiyalarının və elmi-tədqiqat işlərinin nəticələrinə əsasən balıq ehtiyatlarının müasir vəziyyəti barədə hesabatlar təqdim olunacaq, o cümlədən 2012-ci il üçün Xəzər dənizində su bioresurslarının ümumi ovunun həddi və onun milli kvotalara bölünməsi məsələsinə baxılacaq. İclasda nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması məsələsinə də aydınlıq gətiriləcək.

Qeyd edək ki, 18 noyabr 2010-cu ildə Xəzərətrafı ölkələrin Bakı sammitində Qazaxıstan prezidentinin irəli sürdüyü nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması təklifi prezidentlər tərəfindən bəyənilib. Bu təklifi həyata keçirmək məqsədilə Rusiya tərəfindən təklif edilmiş “Xəzər dənizində nərəcinsli balıqların ehtiyatlarının qorunması barədə” Saziş layihəsi müzakirəyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR