Bank Of Baku

Magistraturaya qəbul imtahanlarında beynəlxalq dil imtahanlarında istifadə olunan test tapşırıqlarının analoji variantlarından istifadə edilə bilər

Magistraturaya qəbul imtahanlarında beynəlxalq dil imtahanlarında istifadə olunan test tapşırıqlarının analoji variantlarından istifadə edilə bilər
# 13 dekabr 2011 09:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycanda magistraturaya qəbul imtahanlarında beynəlxalq dil imtahanlarında istifadə olunan test tapşırıqlarının analoji variantlarından istifadə edilə bilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə 2012–2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar keçirilən elmi-metodiki seminarda müzakirələr aparılıb. Seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak ediblər.

Seminar iştirakçıları xarici dillər, o cümlədən ingilis dili üzrə beynəlxalq imtahanlarda istifadə edilən test tapşırıqları haqqında təqdimatla tanış olublar. Təqdimatda “Dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi üzrə Ümumavropa çərçivə sənədi”ndə təsbit olunmuş İngilis dilindən ilk sertifikat imtahanı və bu imtahanda istifadə olunan test tapşırıqlarının əsas xüsusiyyətləri geniş işıqlandırılıb. Seminar iştirakçıları tərəfindən beynəlxalq dil imtahanlarında istifadə edilən test tapşırıqlarının analoji variantlarının tərtib olunaraq magistraturaya qəbul imtahanında istifadə edilməsi məqsədəmüvafiq hesab edilib. Növbəti seminarda da yeni tipli test tapşırıqlarının elmi-metodiki təhlilini davam etdirmək qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR