Bank Of Baku

İranda istehsal olunmuş xiyar turşuları Azərbaycanda satışdan yığışdırıla bilər

İranda istehsal olunmuş xiyar turşuları Azərbaycanda satışdan yığışdırıla bilər
# 13 dekabr 2011 10:06 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı mağazalarda satılan konservləşdirilmiş zeytun və turşu məhsullarının monitorinqinin nəticələrini açıqlayıb. RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, monitorinq zamanı həmin məhsullardan 60-a yaxın nümunə götürülüb və onların istehsalında sterilizasiya qaydalarına əməl edilməsi, təhlükəsizlik və fiziki-kimyəvi göstəricilər yoxlanılıb.

İ. Abdullayev deyib ki, turşuların sterilizasiyasında heç bir problem aşkarlanmayıb. Amma məhsulların fiziki göstəriciləri üzrə müayinəsi zamanı nümunələrdən birində nitratların artıq olduğu üzə çıxıb: “Bu, İran istehsalı olan “Nina” markalı xiyar turşusudur. Nümunə Xətai rayonda fiziki şəxsə məxsus mağazadan götürülüb. Mağazanın anbarından da nümunələr götürülüb yoxlanılacaq. Əgər kütləvi olaraq normalardan kənara çıxma halları qeydə alınsa, həmin məhsulların satışdan çıxarılması haqda tədbirlər görüləcək”.

Mərkəzin laboratoriyasında satışdan götürülən cipsi və suxarı nümunələri də müayinə olunub. 52 nümunədən heç birində normalardan kənara çıxma halları aşkar edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR