Bank Of Baku

Abel Məhərrəmov Türkiyə Ədliyyə Akademiyasının rektoru ilə görüşüb - FOTO

Abel Məhərrəmov Türkiyə Ədliyyə Akademiyasının rektoru ilə görüşüb - <font color=red>FOTO</font>
# 13 dekabr 2011 11:23 (UTC +04:00)
Bakı – APA. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Türkiyə Ədliyyə Akademiyasının rektoru Hüseyn Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. BDU-dan APA-ya verilən məlumata görə, dövlətlər arasında qardaşlıq münasibətlərinin, o cümlədən elmi, hüquqi sahələrdə əməkdaşlığın dinamik inkişafını vurğulayan A. Məhərrəmov Bakı Dövlət Universitetində 600 türkiyəli tələbənin təhsil aldığını qonaqların nəzərinə çatdırıb.
Görüş zamanı həmçinin diplomların qarşılıqlı tanınması, qarşılıqlı təcrübə, simpozium, seminarların təşkil edilməsi, əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR