Bank Of Baku

AMEA İnformasiya Texnologiyaları İnstitutu İnformatika fənni üzrə təkmilləşdirilmiş təhsil standartlarını Təhsil Nazirliyinə təqdim edəcək

AMEA İnformasiya Texnologiyaları İnstitutu İnformatika fənni üzrə təkmilləşdirilmiş təhsil standartlarını Təhsil Nazirliyinə təqdim edəcək
# 13 dekabr 2011 11:26 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda İnformatika fənni ilə bağlı ümumtəhsil məktəblərinin V-IX sinifləri üzrə “Qiymətləndirmə standartlarının təkmilləşdirilməsi”nə dair fənn müəllimləri üçün müvafiq təlimatların hazırlanmasını təmin etmək məqsədilə ilə təhsil naziri tərəfindən yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib. İnstitutdan APA-ya verilən məlumata görə, iclasda informatika fənni üzrə V sinif üçün qiymətləndirmə standartlarının təkmilləşdirilməsi istiqamətində aparılan işlər haqqında məlumat verilib. İclasda V sinif dərsliyində “İnformasiya və informasiya prosesləri”, “Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma”, “Cəmiyyətin informasiyalaşdırılması” bölmələri üzrə təhsil standartlarında edilmiş dəyişikliklər müzakirə olunub. Yekun olaraq təkmilləşdirilmiş təhsil standartlarının Təhsil Nazirliyinə təqdim olunmasına dair qərar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR