Bank Of Baku

Azərbaycanda övladlığa götürmə ilə bağlı onlayn müraciətlərin tətbiqinə gələn il başlana bilər

Azərbaycanda övladlığa götürmə ilə bağlı onlayn müraciətlərin tətbiqinə gələn il başlana bilər
# 13 dekabr 2011 12:49 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “Azərbaycanda ölkələrarası və ölkədaxili övladlığa götürmə ilə bağlı onlayn müraciətlərin tətbiqinə gələn il başlana bilər”. Bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümova deyib. O bildirib ki, müraciətlərin elektron formada tətbiqindən sonra övlad götürmək istəyənlər komitəyə yazılı deyil, internet vasitəsilə müraciət edə biləcəklər.

V. Mövsümova qeyd edib ki, Azərbaycanda uşaqların övladlığa verilməsi ilə bağlı qaydaların hazırlanması prosesinin gələn il başa çatacağı və qəbul olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilməsi gözlənilir. Qaydalarda nəzərdə tutulan yeniliklərə gəlincə, V. Mövsümova bu haqda danışmağın tez olduğunu söyləyib: “Sənəddə ölkədaxili və beynəlxalq övladlığa verilmə ilə bağlı olan bütün məsələlər tənzimlənəcək. Burada uşaqların ilkin qeydiyyatı, müraciət formaları, ayrı-ayrı müddəalar üzrə məsələlər öz əksini tapacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR