Bank Of Baku

Cəbhəyanı bölgələrdə yerləşən əkin sahələrində gəmiricilərin sürətlə artımı müşahidə olunur

Cəbhəyanı bölgələrdə yerləşən əkin sahələrində gəmiricilərin sürətlə artımı müşahidə olunur
# 13 dekabr 2011 16:59 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Cəbhəyanı ərazilərdə əkin sahələrində gəmiricilərin sürətlə artımı müşahidə olunur. Yerli fermerlər APA-nın Qarabağ bürosuna bildiriblər ki, zərərvericilərin çoxalması yeni şumlanmış sahələrə o qədər də təhlükə törətmir. Kənd təsərrüfatı mütəxəssisi İqbal Quliyev APA-nın müxbiri ilə söhbətində bildirib ki, havaların şaxtalı keçməsi suvarılan sahələrdə siçovullara təhlükə törədir deyə, zərərvericilər bitki örtüyü altında olan sahələrdə yuva salırlar: “Camaat arasında “gödəkquyruq” kimi tanınan siçovul növünün bu qədər sürətlə artması onların işğal altındakı ərazilərdən axışıb gəlməsi ilə əlaqəlidir”.

Ağdam Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, aidiyyatlı qurumlar vəziyyətdən xəbərdardılar və problemin həlli üçün artıq müvafiq tədbirlərə start verilib. Ağdam rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Allahverən Əliyevin sözlərinə görə, zərərvericilərlə mübarizə üçün rayona bütün növ dərman pereparatları gətirilib və Bitki Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən yerli bələdiyyələrə paylanır: “Bir neçə aydan sonra yaz tarla mövsümünə hazırlıq işlərinə start veriləcək. Bütün növ zərərvericilərə qarşı daha genişmiqyaslı tədbirlərin görülməsi üçün tədbirlər planımız var və lazım olan vəsaitlər hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR