Bank Of Baku

Azərbaycan nərə cinsli balıqların ovuna ən az 10 il moratorium qoyulmasını təklif edir

Azərbaycan nərə cinsli balıqların ovuna ən az 10 il moratorium qoyulmasını təklif edir
# 14 dekabr 2011 07:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Üç Xəzəryanı ölkə - Azərbaycan, Qazaxıstan və Rusiya Xəzər dənizində nərə cinsli balıq ovu ilə bağlı moratorium tətbiq etməyə hazırdır. Digər Xəzəryanı ölkələr – İran və Türkmənistan isə bununla bağlı fikirlərini bu gün açıqlayacaq. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib. Nazir müavinin fikrincə, moratoriumu 5 il müddətinə tətbiq etmək doğru olmazdı: “Çünki nərə cinsli balıqlar uzun müddət yaşayır. Ona görə də düşünürük ki, moratorium ən azı 10 il müddətinə qəbul olunmalıdır”.

R. Hacıyev bildirib ki, bu gün Bakıda işinə başlayacaq Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclasında nərə cinsli balıqların kvotasının həyata keçirilməsi barədə Xəzəryanı dövlətlərin hesabatları təqdim olunacaq. Hesabatda 2010-2011-ci illərdə süni balıq artırma və balıq mühafizəsi ilə bağlı məlumatlar olacaq.

İclasda 2012-ci ilin kvotası da müəyyən ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR