Bank Of Baku

Ötən il Azərbaycanda malyariyaya yoluxmaya dair 50 fakt qeydə alınıb

Ötən il Azərbaycanda malyariyaya yoluxmaya dair 50 fakt qeydə alınıb
# 14 dekabr 2011 08:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bu rəqəm Ümumdünya Səhiyyə Təşkilatının dünən Cenevrədə təqdim etdiyi malyariya xəstəliyinə həsr olunmuş hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunur ki, Azərbaycan ölkədə malyariya ilə bağlı vəziyyəti nəzarətdə saxlamaq üçün intensiv tədbirlər görür. Ölkədə hökumətin, Ümumdünya Səhiyyə Təşkilatının və Qlobal Fondun dəstəyi ilə malyariyanın aradan qaldırılması üçün 2008-2013-cü illəri əhatə edən strategiya gerçəkləşdirilir.

Təqdim olunan hesabata 99 ölkədə malyariyanın yayılmasına dair məlumatlar daxil edilib. Ötən il dünyanın 106 endemik ölkəsində 216 milyon nəfər malyariyaya yoluxub. Hesabata əsasən, 2000-ci ilə nisbətən dünyada malyariyaya yoluxma halları 25 faiz azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR