Bank Of Baku

Azərbaycanda seysmik prosesləri 15-20 saat əvvəldən qeyd edən daha iki stansiya quraşdırılır

Azərbaycanda seysmik prosesləri 15-20 saat əvvəldən qeyd edən daha iki stansiya quraşdırılır
# 14 dekabr 2011 09:26 (UTC +04:00)
APA-nın AMEA-nın saytına istinadən verdiyi məlumata görə, institut tərəfindən 1 may 2010-cu ildə Xəzər dənizinin Qum adasında, 3500 m dərinlikli neft quyusu üzərində, 20 oktyabr 2011-ci ildə isə Şirvan “OİL” şirkətinin 5000 m dərinlikli 427 saylı quyusu üzərində anomal seysmik proseslərin qeyd edilməsi üçün iki stansiya quraşdırılıb.

Qum adasında və Şirvanda aparılan eksperimentlər göstərir ki, zəlzələləri yaradan anomal seysmik prosesləri standart seysmostansiyalardan 15-20 saat əvvəl qeyd etmək mümkündür.

Kibernetika İnstitutunun müraciətinə əsasən, bu il dekabrın 8-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bir qrup mütəxəssisi institutda olublar. Onlar anomal seysmik proseslərin başlanması anının telemetrik stansiyalarda qeydə alınması və eksperimental informasiyanın serverə ötürülməsi sahəsində aparılan işlərlə yaxından tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR