Bank Of Baku

“İrəli” İctimai Birliyi tərəfindən həyata keçirilən “Hüquq Akademiyası” layihəsinin açılış mərasimi keçirilib

“İrəli” İctimai Birliyi tərəfindən həyata keçirilən “Hüquq Akademiyası” layihəsinin açılış mərasimi keçirilib
# 14 dekabr 2011 10:57 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Bu gün “İrəli” İctimai Birliyi (İB) tərəfindən həyata keçirilən “Hüquq Akademiyası” layihəsinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, layihənin əsas məqsədi gənc hüquqşünasların hüquqi biliklərini müasir tədris metodları ilə inkişaf etdirmək olub. “İrəli” İB-nin baş katibi Rauf Mərdiyev bildirib ki, sentyabr ayından hazırlıqlarına başlanılan layihənin partnyorları Azərbaycan Hüquqşünaslar Konfederasiyası, ELSA Azərbaycan, Avrasiya Hüquqşünaslar Assosiasiyası, Bakı Dövlət Universitetinin hüquq fakültəsi, respublikanın bir sıra aparıcı kütləvi informasiya vasitələri və hüquq firmaları olub.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, 4 ay davam edəcək layihədə 50 nəfər müsabiqə yolu ilə seçilmiş hüquqşünaslıq və beynəlxalq hüquq ixtisası üzrə təhsil alan tələbələr və həmin ixtisasdan məzun olmuş gənc hüquqşünaslar iştirak edəcəklər.

Mərasimdə “Hüquq Akademiyası” layihəsində iştirak hüququ qazanmış iştirakçılara “İrəli” Hüquq Mərkəzinin həyata keçirdiyi “Judical training-1” layihəsinin məzunlarına sertifikatlar təqdim olunub, həmçinin “Judical training-2” layihəsində iştirak hüququ qazanmış iştirakçıların adları açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR