Bank Of Baku

UNESCO ilə BDU arasında imzalanan anlaşma memorandumunun təqdimat mərasimi keçirilib

UNESCO ilə BDU arasında imzalanan anlaşma memorandumunun təqdimat mərasimi keçirilib
# 14 dekabr 2011 11:08 (UTC +04:00)
Bakı-APA. Bu gün BDU-da UNESCO ilə Bakı Dövlət Universiteti (BDU) arasında imzalanan Anlaşma Memorandumunun təqdimat mərasimi keçirilib. BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, memoranduma əsasən BDU öz akademik proqramı çərçivəsində UNESCO-nun bioetika üzrə əsas tədris kursunun sınağında iştirak edəcək, UNESCO isə öz növbəsində, BDU-ya bu istiqamətdə lazım olan köməyi göstərəcək. Tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov bioetika elminin Azərbaycanda inkişaf etməsinin vacibliyindən söz açaraq, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahəyə olan xidmətlərindən danışıb.
Təqdimat mərasimində UNESCO-nu Azərbaycandakı Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təmsil edib. Günay Əfəndiyeva bildirib ki, BDU ilə imzalanmış Memoranduma UNESCO-nun ölkə və ya region nümayəndəliyi deyil, UNESCO-nun baş ofisi tərəfdaş çıxır.
Adı çəkilən Memorandumun effektiv şəkildə reallaşdırılması üçün millət vəkili Aytən Mustafayevanın rəhbərlik etdiyi AMEA-nın İnsan Hüquqları İnstitutu ilə BDU arasında Anlaşma Memorandumu imzalanıb. İki qurum arasında imzalanan anlaşma ümumi maraqlara əsaslanan elm və təhsil sahəsində əməkdaşlıqla yanaşı bioetika və tibbi hüquq sahəsi üzrə əməkdaşlığın detalları da əks olunub. Bu anlaşma nəticəsində bioetika fənninin 2011-2014-cü illər ərzində Universitetin planına salınması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR