Bank Of Baku

Tüstü bacalarının təmizlənməsinin qiymətləri açıqlanıb

Tüstü bacalarının təmizlənməsinin qiymətləri açıqlanıb
# 14 dekabr 2011 11:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda yaşayış binalardakı tüstü bacalarının təmizlənməsi orta hesabla hər mənzil üçün 6 manata başa gəlir. Bu barədə «APA-Economics»ə açıqlamasında Azərbaycan Respublikası Yanğın Texniki İstehsalat Mərkəzinin baş direktoru Aydın Nağıyev bildirib.

Onun sözlərinə görə, təmizləndikdən sonra 6 ay müddətində bacaların təmizliyinə təminat verilir: «Kənar təsir olmasa, təmizlənəndən sonra 6 ay ərzində bu borular dola bilməz».

Fərdi evlərdə isə qiymətlər nisbətən yüksəkdir, çünki bu zaman əlavə nəqliyyat və avadanlığın daşınması xərcləri tələb olunur: «Bir fərdi evin bacasının təmizlənməsi orta hesabla 40-50 manata başa gəlir».

Mərkəz rəhbərinin sözlərinə görə, bacaların təmizlənməsi çox vaxt aparmır – 2 nəfər işçi tərəfindən 50 mənzilli binanın bacalarının təmizlənməsi cəmi 2 gün vaxt aparır: «Lazım olsa, bütün əməkdaşlarımızı cəlb etməklə gündə 10-15 binanın tüstü bacalarını təmizləyə bilərik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR