Bank Of Baku

Müdafiə Nazirliyi tüstü bacalarının təmizlənməsi barədə müqavilə bağlamaq istəmir

Müdafiə Nazirliyi tüstü bacalarının təmizlənməsi barədə müqavilə bağlamaq istəmir
# 14 dekabr 2011 11:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Müdafiə Nazirliyi hərbi hissələrdə binaların təmizlənməsi ilə bağlı Yanğın texniki istehsalat mərkəzi ilə müqavilə bağlamayıb. Bu barədə «APA-Economics»ə mərkəzin baş direktoru Aydın Nağıyev bildirib. Onun sözlərinə görə, nazirliyin nümayəndələri bir neçə dəfə belə müqavilə bağlamaq niyyətində olduqlarını bildirsələr də, sonda bu baş tutmayıb: «Müdafiə Nazirliyinin mənzil istismar xidmətindən bir neçə dəfə gəlib müqavilə bağlamaq istəyiblər, biz razılaşmışıq, amma sonra bağlamayıblar ki, bizə maliyyə ayırmırlar».

Mərkəz rəhbərinin sözlərinə görə, müqavilənin bağlanacağı təqdirdə dərhal işlərə başlamaq olardı: «Biz özümüz bu işlərdə maraqlıyıq ki, vəsait daxil olsun və idarəni saxlayaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR