Bank Of Baku

Bu il Bakıda cəmi 9 min mənzilin tüstü bacası təmizlənib

Bu il Bakıda cəmi 9 min mənzilin tüstü bacası təmizlənib
# 14 dekabr 2011 11:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu il ərzində Bakı şəhərində cəmi 9 200 mənzilin yerləşdiyi yaşayış binalarının tüstü bacaları təmizlənib. Bu barədə «APA-Economics»ə açıqlamasında Azərbaycan Respublikası Yanğın Texniki İstehsalat Mərkəzinin baş direktoru Aydın Nağıyev bildirib. Onun sözlərinə görə, tüstü bacası təmizlənən mənzillərin 6 036-sı Dövlət Neft Şirkətinin binalarında, 1 625-i Xətai rayonunda, 1 400-ü Nizami rayonunda, 121 mənzil isə Xəzər Dəniz Gəmiçiliyinin binalarındadır.

Rəsmi məlumatlara görə, 2011-ci ildə paytaxtın Yasamal rayonunda cəmi 19 mənzilin tüstü bacası təmizlənib. Başqa rayonlardan isə tüstü bacalarının təmizlənməsi barə müraciət daxil olmayıb.

Bundan başqa, 2011-ci ilin ilk 11 ayında Bakıda 184 obyektin (məktəb, bağça, sex, ictimai binalar və s.) qazanxanasının tüstü bacası təmizlənib.

Qeyd edək ki, qazanxanalar mövsümlə işlədiyi üçün tüstü bacaları ildə bir dəfə, mənzillərdə isə il boyu istismar olunduğuna görə, 6 ayda bir dəfə təmizlənməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR