Bank Of Baku

ABŞ-ın dəstəyi ilə Sumqayıtdakı 71 saylı uşaq bağçasında təmir işləri həyata keçirilib

ABŞ-ın dəstəyi ilə Sumqayıtdakı 71 saylı  uşaq bağçasında təmir işləri həyata keçirilib
# 14 dekabr 2011 12:12 (UTC +04:00)
Bakı – APA. Dekabrın 14-də “Kaunterpart” İcma və Humanitar Yardım Proqramı Sumqayıt şəhərində yerləşən 71 saylı “Heyran” uşaq bağçasında yeni təmir olunmuş hamam və sinif otaqlarının açılışını keçirib. ABŞ səfirliyindən APA-ya verilən məlumata görə, bərpa layihəsi ABŞ Dövlət Departamentinin Avroasiya Humanitar Proqramı Fondu tərəfindən maliyyələşdirilib. Bu uşaq bağçasında 20 nəfər uşaq aztəminatlı, 10 nəfər uşaq çoxuşaqlı ailələrdən, 80 nəfər isə qaçqın və məcburi köçkün uşaqlarından ibarətdir.

Bərpa işləri çərçivəsində sinif otaqlarında elektrik sistemi yenilənib, qapı və pəncərələr dəyişdirilib. Tavan və divarlar yenidən suvanıb, yeni çilçıraq qoyulub və döşəmə dəyişdirilib.

Hamam otağında tavan laminatla örtülüb, döşəmə və divara kafel vurulub. Divarlar yenidən suvanıb və rənglənib. Kanalizasiya sistemi yenilənib, su kranı, su qızdırıcısı və su nasosu quraşdırılıb. Bütün su boruları yenisi ilə əvəz olunub.

Uşaq bağçasına əlavə olaraq 5 min ABŞ dolları həcmində mebel hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR