Bank Of Baku

Misir Mərdanov: “Xarici ölkələrin ayırdığı təqaüdlər əsasında 2500-dən artıq azərbaycanlı gənc xaricdə təhsil alıb”

Misir Mərdanov: “Xarici ölkələrin ayırdığı təqaüdlər əsasında 2500-dən artıq azərbaycanlı gənc xaricdə təhsil alıb”
# 14 dekabr 2011 12:25 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bunu nazirlikdə keçirilən kollegiya iclasında bildirib. M. Mərdanov deyib ki, Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsil üzrə dövlət proqramının icrasına başlandığı gündən indiyədək 1204 azərbaycanlı gənc Azərbaycanın ehtiyac duyduğu sahələr üzrə dünyanın ən qabaqcıl ali təhsil müəssisələrinə göndərilib: “Proqram çərçivəsində dünyanın 24 ölkəsinin 200-dək nüfuzlu ali məktəblərində təhsil almaq üçün 2010-2011-ci tədris ilində 275 nəfər, 2011-2012-ci tədris ilində isə 421 nəfər göndərilib”.

Onun sözlərinə görə, cari təhsil ilində xarici ali məktəblərdə Azərbaycanın ehtiyac duyduğu prioritet ixtisas sahələri üzrə təhsil alan tələbələrin sayı 853 nəfər olub: “Bu gün müvafiq proqram çərçivəsində məzun olmuş 322 nəfərin müəyyən hissəsi təhsilini növbəti səviyyədə davam etdirir, digərləri isə ölkəmizdə müvafiq dövlət qurumlarında və özəl sektorda uğurla çalışmaqdadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR