Bank Of Baku

Azərbaycan Balıq Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Mehman Axundov: “Xəzərdə ağbalıq və uzunburun balığın sayı azalmaqdadır”

Azərbaycan Balıq Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Mehman Axundov: “Xəzərdə ağbalıq və uzunburun balığın sayı azalmaqdadır”
# 14 dekabr 2011 13:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Xəzər dənizində son illər nərəcinsli balıq ehtiyatının vəziyyəti həyəcan doğurmaqda davam edir”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Balıq Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Mehman Axundov Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, su bioresursları ehtiyatlarının qorunması beynəlxalq problem olaraq qalmaqdadır. Mehman Axundov bildirib ki, 2010-2011-ci illərdə keçirilmiş dəniz ekspedisiyalarının nəticələri nərəcinsli balıqların, o cümlədən ağbalıq və uzunburun balığın bioloji kütləsinin azaldığını göstərir.

“80-ci illərlə müqayisədə nərəcinsli balıq hasilatı 10 dəfədən çox azalıb. Həmin illərdə bu rəqəm 27 min ton təşkil edirdisə, 1995-ci ildə 4,5 min tona enib”.

Mehman Axundov bildirib ki, Azərbaycan Xəzərdə biokütlənin azalmasının qarşısını almaq üçün önləyici tədbirlər görür. P bu məsələdə digər sahilyanı ölkələrə təcrübə mübadiləsi aparmağa hazır olduqlarını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR