Bank Of Baku

Bu il Azərbaycandan xaricdə təhsil almaq üçün ən çox tələbə Türkiyəyə göndərilib

Bu il Azərbaycandan xaricdə təhsil almaq üçün ən çox tələbə Türkiyəyə göndərilib
# 14 dekabr 2011 13:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Qulu Novruzov nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Nazir müavini deyib ki, bu il ən çox tələbə tibb ixtisası üzrə və Türkiyəyə göndərilib: “2011-2012-ci tədris ilində Türkiyəyə göndərilən tələbələrin 77,6 faizi tibb ixtisası üzrədir. Ümumiyyətlə, dövlət proqramı çərçivəsində bu il Türkiyəyə 103 nəfər, Böyük Britaniyaya 97, Almaniyaya 84, Kanadaya 52, Rusiyaya 53, İsveçrəyə 12 tələbə göndərilib. Qalan tələbələr isə digər dövlətlərə göndərilib”.

Q. Novruzov bildirib ki, fundamental, təbiət elmləri və kənd təsərrüfatı sahələri prioritet ixtisaslar siyahısına daxil edilsə də, bu ixtisaslar üzrə xaricdə təhsil almağa getmək istəyənlərin sayı qaneedici deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR