Bank Of Baku

Bakıda yolkalar ətrafında “Şaxta baba” kimi fəaliyyət göstərmək istəyənlər 60 manat rüsum ödəyəcək

Bakıda yolkalar ətrafında “Şaxta baba” kimi fəaliyyət göstərmək istəyənlər 60 manat rüsum ödəyəcək
# 14 dekabr 2011 13:28 (UTC +04:00)
Bunu “APA-Economics”ə Bakı şəhər Ticarət və İstehlak Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Ə.Bağırov bildirib ki, bu il “Şaxta baba”, “Qar qız” və fotoqrafdan ibarət qrupların fəaliyyət göstərməsi üçün departamentə xeyli sayda müraciət daxil olub: “Şəhərin gur olduğu, qonaqların daha çox üz tutduğu, uşaqların istirahət etdiyi yerlərdə bu qrupların fəaliyyəti üçün icazə kağızı verilib. Hər birinə 60 manat olmaqla qrup şəkilində xidmət üçün dövlət rüsumu 180 manat təşkil edir. “Şaxta baba” və “Qar qız”ların evlərdə keçirilən şənliklərdə iştirakı isə fərdi fəaliyyət olduğundan, bizim tərəfimizdən bu xidmət üçün sənəd verilmir”.

Ə. Bağırov icazə kağızının dekabrın 20-dən yanvarın 13-nə qədər olan müddət üçün etibarlı olduğunu da qeyd edib. O, şəhərin baş yolkasının harada qurulacağı haqda bir qərarın olmadığını da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR