Bank Of Baku

Dövlət Neft Fondu xaricdə təhsil alan tələbələrin təhsil haqlarının köçürülməsinin gecikməsi barədə Təhsil Nazirliyinə açıqlama verib

Dövlət Neft Fondu xaricdə təhsil alan tələbələrin təhsil haqlarının köçürülməsinin gecikməsi barədə Təhsil Nazirliyinə açıqlama verib
# 14 dekabr 2011 13:36 (UTC +04:00)
APA-nın məlumatına görə, nazirlikdə keçirilən kollegiyada çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov qeyd edib ki, Dövlət Neft Fondu Təhsil Nazirliyinə maliyyələşmənin ləngiməsi ilə bağlı məlumat verib: “Neft Fondundan bildirilib ki, tələbələrin bəziləri daxil olduqları məktəbdə qeydiyyatdan keçməyi ləngidir, rəsmi təsdiqlənmə gecikir. Bəzən də tələbə həmin ali məktəbdə ixtisasını dəyişir. Ona görə də, sənədləşdirmə işi və bununla bağlı maliyyələşdirmə ləngiyir. Biz Neft Fondunun bu açıqlaması ilə tam razıyıq”.
Q. Novruzov deyib ki, bu il xərclərin ödənilməsi üçün büdcədə nəzərdə tutulan 15 milyon manat vəsaitlə bağlı verilmiş proqnoz özünü doğruldub: “2011-ci il büdcəsini nəzərə almasaq, bu vaxtadək proqramın həyata keçirilməsi üçün 27, 2 milyon manat vəsait ayrılıb, ondan 21 milyon manat xərclənib. Gələn il Dövlət Neft Fondunun büdcəsindən proqramla bağlı 15 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR