Bank Of Baku

Nazir: “16 yaşlı hər hansı tələbənin xarici ölkələrə təhsil almağa göndərilməsi düzgün deyil”

Nazir: “16 yaşlı hər hansı tələbənin xarici ölkələrə təhsil almağa göndərilməsi düzgün deyil”
# 14 dekabr 2011 13:53 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. “16 yaşlı hər hansı tələbənin ABŞ-a və yaxud başqa xarici ölkələrə təhsil almağa göndərilməsi düzgün deyil. Bunun əhəmiyyəti də yoxdur. Ali məktəblərin 1-ci və 2-ci pilləsini bitirənlərin müəyyən yaşdan sonra təhsillərini davam etdirmək üçün xaricə getməsi daha məqsədəuyğundur”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib.

O, deyib ki, Azərbaycanlı tələbələrin ali məktəb diplomu aldıqdan sonra xarici ölkədə təhsilini davam etdirməsi həyata keçirilməlidir. Nazirin sözlərinə görə, 2007-2011-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı əsasında xaricdə təhsil alan gənclər arasında bakalavr pilləsində təhsil alanlar üstünlük təşkil edir. M. Mərdanov deyib ki, nazirlik daha çox ali məktəb diplomu aldıqdan sonra xaricdə təhsilin davam etdirilməsinə önəm verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR