Bank Of Baku

Misir Mərdanov : “Tələbələrin humanitar fənlərlə bağlı Azərbaycanın ali məktəblərində təhsil alması daha məqsədəuyğundur”

Misir Mərdanov : “Tələbələrin humanitar fənlərlə bağlı Azərbaycanın ali məktəblərində təhsil alması daha məqsədəuyğundur”
# 14 dekabr 2011 15:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramına humanitar fənlərin daxil edilməsi təkliflərdən asılıdır. Əgər akademiya və digər qurumlardan belə təkliflər olarsa, biz bunu nəzərə ala bilərik”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, tələbələrin humanitar fənlərlə bağlı Azərbaycanın ali məktəblərində təhsil alması daha məqsədəuyğundur: “Hər hansı ölkədə gedib vətənpərvərliklə bağlı təhsil almayacağıq. Bu təhsilin Azərbaycanda verilməsi daha düzgündür”.

Nazir onu da qeyd edib ki, bəzi siyasi elmlərin proqrama salınması mümkün ola bilər: “Məsələn, proqram çərçivəsində hüquqşünas hazırlamaq olar. Amma bunun az sayda, ehtiyac olduğu sayda olması faydalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR