“Aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün davamlı həyat bacarıqları imkanlarının yaradılması” mövzusunda yekun konfrans keçirilib
29 fevral 2012 08:28 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bakıda “Aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün davamlı həyat bacarıqları imkanlarının yaradılması” mövzusunda yekun konfrans keçirilib. APA-nın məlumatına görə, konfrans Avropa Birliyinin maliyyə dəstəyi ilə “Save the Children” beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunub.
Konfransda Azərbaycanda icra olunan dövlət proqramlarının, o cümlədən 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf dövlət proqramı, texniki peşə təhsilinin inkişafı üzrə dövlət proqramı, aternativ qayğı dövlət proqramının gənclər üçün yaratdığı imkanlar çərçivəsində “Yeniyetmələr üçün həyat bacarıqları” adlı proqramın əldə etdiyi nəticələr ictimaiyyətə təqdim olunub. “Save the Children” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Lesli Uilson bildirib ki, bu proqram bir çox gənc vətəndaşın öz hüquqlarını daha yaxşı bilməsinə və gələcəkdə lazım olacaq bacarıqlara yiyələnməsinə kömək edib. Proqram 2009-cu il noyabrın 17-dən 2012-ci il fevralın 12-nə qədər icra olunub.
“Yeniyetmələr üçün həyat bacarıqları” proqramı vasitəsilə internat məktəblərində təhsil alan 156 gəncin həyat bacarıqlarının artırılması ilə bağlı intensiv təlim kursları təşkil olunub, 89 nəfər gənc peşə hazırlığı və məşğulluqla bağlı təcrübə keçib və onlardan 50 nəfəri işlə təmin olunub. 1023 uşaq və gəncin biznes müəssisələrinə və məşğulluq mərkəzlərinə mübadilə səfərləri təşkil olunub, internat və peşə məktəblərində çalışan 107 müəllimin peşəkar inkişafı və interaktiv dərs metodları sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində təlim kursları təşkil olunub. Proqram çərçivəsində 3 internat və 2 peşə texniki məktəbi kompüter və sürətli internetlə təchiz olunub.
Konfransda Azərbaycan hökumətinin, beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələri və millət vəkilləri iştirak ediblər.

Sosial
Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralı var - FOTO
16:49
19 may 2024
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:31
19 may 2024
2023-cü ildə 0-17 yaş aralığında 190 nəfər şəxsdə talassemiya xəstəliyi aşkar edilib
15:56
19 may 2024
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
15:50
19 may 2024