Bank Of Baku

Lənkəran-Lerik şosesində və Lerik rayonunun bir neçə yaşayış məntəqəsində torpaq sürüşməsi baş verib

Lənkəran-Lerik şosesində və Lerik rayonunun bir neçə yaşayış məntəqəsində  torpaq sürüşməsi baş verib
# 29 fevral 2012 12:47 (UTC +04:00)
Bu barədə APA-nın Cənub bürosuna məlumat verən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, hazırda əsas çətinlik Lənkəran-Lerik magistralında yaranıb. Belə ki, yolun 6 yerində baş verən torpaq sürüşmələri nəqliyyatın hərəkətini çətinləşdirib. 43 saylı Lerik rayon Yol İstismar Sahəsinin işçi qüvvəsi və ağır texnikası tərəfindən yol hər gün torpaq çöküntülərindən təmizlənsə də, təhlükə hələ də qalmaqdadır. H. Məlikov torpaq sürüşmələrinin bu yolun 17, 23, 27, 37, 43 və 53-cü kilometrliklərində xüsusilə aktivləşdiyini, nəticədə isə yola nabələd olan sürücülər üçün nəqliyyat vasitəsini idarə etməkdə çətinliklər yaratdığını bildirib. Onun sözlərinə görə, torpaq sürüşmələri həmçinin rayonun 5 yaşayış məntəqəsində, o cümlədən Lerik şəhərində, Vizəzəmin, Mololand, Siyov, Hovil kəndlərində ümumilikdə 15 fərdi yaşayış evinə ziyan vurub: “Mövcud vəziyyətlə bağlı biz Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə müraciət etmişik. Hər iki qurumun mütəxəssisləri hadisə yerlərində olaraq vəziyyətlə tanış olublar. Ümid edirik ki, hökumət tərəfindən müvafiq köməkliklər göstəriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR