Bank Of Baku

Ben Bernanke: “ABŞ-da əmək bazarının durumu yaxşılaşmayacaq”

Ben Bernanke: “ABŞ-da əmək bazarının durumu yaxşılaşmayacaq”
# 01 mart 2012 10:08 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-da işsizlik səviyyəsi ötən ilin avqustundan etibarən azalmağa doğru getsə də, ölkənin əmək bazarının durumu normaldan uzaq olaraq qalır. “APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Ben Bernanke bildirib.

Nümayəndələr Palatasının Maliyyə xidmətləri komitəsində yarımillik hesabatla çıxış edən B.Bernanke deyib ki, FES üzvləri 2012-ci ildə işsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə azalacağını düşünmürlər.

Onun sözlərinə görə, ümumi makroiqtisadi göstəricilərin yaxşılaşmasına baxmayaraq, uzunmüddətli (27 həftə və daha artıq) işsizlik səviyyəsi rekord göstəriciyə yaxın olaraq qalmaqdadır. İqtisadi səbəblərdən yarım ştat vahidi ilə işləmək məcburiyyətində qalan insanların sayı da kifayət qədər çoxdur.

Qeyd edək ki, ötən ilin yayından bu ilin yanvarına qədər ABŞ-da işsizlik səviyyəsi 9,1%-dən 8,3%-ə enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR