Bank Of Baku

BDU-da Pakistan Senatının nümayəndələri ilə görüş keçirilib

BDU-da Pakistan Senatının nümayəndələri ilə görüş keçirilib
# 01 mart 2012 10:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Dövlət Universitetində (BDU) Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ən çox əlaqə saxlanılan dövlətlərdən biri Pakistan olub: “Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət, Xocalı soyqırımını tanıyan ilk dövlətdir. Bütün bunlar onu göstərir ki, nəinki dövlətlər, həm də millətlər arasında sıx əlaqələr var. Azərbaycan Kəşmir problemini necə başa düşürsə, Pakistan da Qarabağ problemini elə başa düşür”. Rektor xatırladıb ki, Pakistanla elmi əlaqələr də uğurla inkişaf edir: “12 ildən artıqdır ki, BDU-da urdu dili tədris olunur. Hazırda fakultədə 32 nəfər təhsil alır, BDU-nun artıq urdu dilini bilən 60-a yaxın mütəxəssisi var”.

M. C. Camali isə bildirib ki, siyasi baxımdan Azərbaycanın qarşısında dayanan istənilən problem həm də Pakistanın problemidir. O Azərbaycanla tələbə və alim mübadiləsinin daha da inkişaf etdiriləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR