Bank Of Baku

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı rus bölməsinin əyani şöbəsinin magistraturasına qəbul elan edib

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı rus bölməsinin əyani şöbəsinin magistraturasına qəbul elan edib
# 01 mart 2012 13:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı rus bölməsinin əyani şöbəsində filologiya, riyaziyyat, komputer elmləri, kimya ixtisaslaşmaları üzrə magistraturaya qəbul elan edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. MDU-nun Bakı filialının magistraturasına qəbul olmaq istəyən bakalavrlar birinci mərhələdə TQDK-nın keçirdiyi imtahanlarda, ikinci mərhələdə isə MDU-nun yaratdığı qəbul komissiyasının keçirdiyi qəbul sınaqlarında iştirak etməlidirlər. MDU-nun yaratdığı qəbul komissiyası tərəfindən aparılan qəbul sınaqlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 45 və daha artıq bal toplayan bakalavrlar iştirak edə bilərlər.
Müsabiqə MDU-nun yaratdığı qəbul komissiyasının keçirdiyi sınaqların nəticələri əsasında aparılacaq. Filialın məzunlarına Lomonosov adına MDU-nun magistr diplomu təqdim ediləcək. Sənəd qəbulunun müddəti və MDU-nun yaratdığı qəbul komissiyasının keçirdiyi qəbul sınaqlarının qrafiki aprelin 8-dən gec olmayaraq elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR