Avrozonada işsizlik səviyyəsi yeni tarixi maksimuma çatıb
01 mart 2012 13:19 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin yanvar ayında avrozonada işsizlik səviyyəsi 10,7%-ə çatıb ki, bu da tarixi maksimum deməkdir. “APA-Economics”in xəbərinə görə, bu barədə “Eurostat” məlumat yayıb.
Bundan əvvəlki rekord 10,3% olub. Bir il əvvəl isə avrozonada işsizlik səviyyəsi 10% təşkil edib. İllik müqayisədə valyuta ittifaqında işsizlərin sayı 1,221 mln. nəfər artaraq 16,9 mln. nəfərə çatıb.
Yanvarda Avropa Birliyinin (AB) 27 ölkəsində işsizlik səviyyəsi 10,1% (24,3 mln. nəfər) olub. 2011-ci ilin yanvarında bu göstərici 9,5% təşkil edib ki, bu da bir il ərzində işsizlərin sayının 1,488 mln. nəfər artması deməkdir.
AB ölkələri arasında ən yüksək işsizlik göstəricisi İspaniyada (23,3%), ən aşağı göstərici isə Avstriya (4%), Niderland (5%) və Lüksemburqda (5,1%) qeydə alınıb. Ümumilikdə son bir ildə AB-nin 15 ölkəsində işsizlik səviyyəsi yüksəlib, on ölkəsində isə azalıb.