Bank Of Baku

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Səudiyyə Ərəbistanında səfərdədir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Səudiyyə Ərəbistanında səfərdədir
# 23 oktyabr 2007 09:27 (UTC +04:00)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında rəsmi səfərdədir. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər krallıq hökumətinin dəvəti ilə həyata keçirilir. Ə. Həsənov rəsmi şəxslər, maliyyə və humanitar strukturların rəhbərləri ilə danışıqlar aparacaq. Əsas müzakirə mövzusu Azərbaycandakı qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçiriləcək işlər olacaq. Nümayəndə heyəti sabah Azərbaycana qayıdacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR