Bank Of Baku

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Çinin müvafiq qurumu arasında əməkdaşlıq sazişi imzalanacaq

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Çinin müvafiq qurumu arasında əməkdaşlıq sazişi imzalanacaq
# 03 mart 2008 16:28 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun sədri Bəhram Xəlilov səfər zamanı Çin Xalq Respublikasının kadr məsələləri üzrə naziri Yin Veiminlə görüşüb. Həm bu, həm də Çində keçirilən digər görüşlərdə yerli kadr idarələri tərəfindən dövlət qulluğuna qəbulun təşkili, dövlət qulluqçularının əməyinin öyrənilməsi və sair məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Səfərin nəticəsi olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Çin Xalq Respublikasının Kadrlar Nazirliyi arasında dövlət qulluğu sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması təklifi irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR