Bank Of Baku

“Azərbaycanda HİV-in qarşısının alınması proqramı” yekunlaşıb

“Azərbaycanda HİV-in qarşısının alınması proqramı” yekunlaşıb
# 04 mart 2008 11:18 (UTC +04:00)
APA-nın məlumatına görə, proqramın koordinatoru Cəmilə Əzizova bildirib ki, 2007-ci ilin martında başlayan bu proqram bir il davam edib. Əsasən, Bakıda reallaşdırılan proqram 15-39 yaşlı insanları əhatə edib. Layihə çərçivəsində HİV qarşısının alınmasına yönələn 10 dəqiqəlik sənədli film də çəkilib. Tədbirdə həmin film nümayiş olunub. Daha sonra çıxış edən QİCS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova belə layihələrin gələcəkdə davam etdirilməsinin vacib olduğunu söyləyib. “Total” şirkətinin baş meneceri Terri Normand isə bildirib ki, layihəni maliyyələşdirməkdə məqsədləri Azərbaycanda HİV-in qarşısını almaq və bu istiqamətdə aparılan təbliğatı gücləndirməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR