Bank Of Baku

Xaçmazda korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş dəyirmi masa keçirilib

Xaçmazda korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş dəyirmi masa keçirilib
# 14 mart 2008 13:56 (UTC +04:00)
Xaçmaz. Solmaz Mehdiyeva-APA. Bu gün Korrupsiyaya Qarşı Mübarizə Fondu Xaçmazda icra və hüquq-mühafizə orqanları, siyasi partiyaların nümayəndələri, sahibkarlar, KİV, QHT təmsilçilərinin iştirakı üzrə və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirib. APA-nın şimal bürosunun məlumatına görə, fondun icraçı direktoru Vasif Mövsümov qurumun “Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi” layihəsinin Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının müsabiqə proqramında qalib gəldiyini deyib. Digər çıxışçılar Xaçmaz rayonunda korrupsiyaya qarşı mübarizə sahəsində problemlərdən, bir sıra dövlət orqanlarında korrupsiya hallarının mövcudluğundan danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR