Bank Of Baku

Masallıda torpaq sürüşməsindən zərərçəkən ailələr üçün yeni evlər tikiləcək

Masallıda torpaq sürüşməsindən zərərçəkən ailələr üçün yeni evlər tikiləcək
# 21 may 2008 10:04 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Masallı rayonunun Güllütəpə kəndində 2 aydan bəri davam edən torpaq sürüşməsi son günlərdə qismən səngiyib. Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, fövqəladə hallar üzrə komissiyanın sədri Nadir Abıyev APA-nın cənub bürosuna bildirib ki, indiyədək kəndin 4 hektardan artıq ərazisi təbii fəlakətə məruz qalıb. Təhlükəli zonadan artıq 11 ailə köçürülüb. Yerli bələdiyyənin ehtiyat fondundan bu ailələrə yeni evlərin tikilməsi üçün 1 hektar torpaq sahəsi ayrılıb. Ötən həftə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin (FHN) “Azərdövlətlayihə” İnstitunun əməkdaşları həmin torpaq sahəsinə baş çəkiblər. Tikintinin layihə-smeta sənədləri artıq hazırdır. Layihəyə əsasən, hər ailəyə 0,06 ha həyətyanı torpaq sahəsi düşür. Bundan başqa, zərərçəkənlərə 4-ü böyük, 15-i kiçik olmaqla 19 çadır göndərilib.
Qeyd edək ki, son günlər yağan yağışlardan sonra Güllütəpə kəndinin ərazisində çökmə ilə yanaşı, sürüşmə də müşayiət olunub. Çökmənin dərinliyi 1 metr, eni isə 80 santimetrə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR