Bank Of Baku

Tarixi memarlıq abidəsi sayılan Ərçivan hamamının əsaslı təmir və bərpa edilməsinə ehtiyac var

Tarixi memarlıq abidəsi sayılan Ərçivan hamamının əsaslı təmir və bərpa edilməsinə ehtiyac var
# 23 may 2008 09:19 (UTC +04:00)
Astara. Ağəddin Babayev - APA. Astara rayonunun Ərçivan kəndində 1806-cı ildə Kərbəlayı Həmid Abdulla tərəfindən inşa edilən hamam baxımsızlıq ucbatından bərbad vəziyyətə düşüb. Kənd məktəbinin müəllimi Müzəffər Əzizovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, Sovet hakimiyyəti dövründə hamam yerli kolxoz tərəfindən işlədilib. Hamamdan əldə olunan vəsait kolxozun əlavə gəliri kimi istifadə olunub. Kolxoz sisteminin ləğvindən sonra hamamı kənd sakinlərindən biri qısa müddətdə işlədib. Hazırda isə hamamın fəaliyyəti dayanıb. M. Əzizovun fikrincə, hamamı təmir edib tarixi abidə kimi qorumaq lazımdır: “Amma hamam kimi istifadə olunsa, daha uzunömürlü olar. Çünki içəridə olan istilik binanın daxilən çürüməsinə, divarların xarab olmasına imkan verməz”. Kənd sakini İltifat Ağayevin bildirdiyinə görə, hamam XIX əsrin əvvəllərində yumurta sarısı və adi odun külünün qarışığı ilə tikilib. Hamamın suyu cəmi bir tiyanla qızdırılıb. Astara rayon mədəniyyət və turizm şöbəsinin baş inspektoru Əfqan Şəfiyev APA-nın cənub bürosuna deyib ki, əhalinin həm də ünsiyyət yeri olan Ərçivan hamamı sonuncu dəfə 1980-ci ildə təmir edilib və həmin ilin sonuna kimi yerli əhalinin istifadəsində olub. 2001-ci ilin avqustunda isə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunur. Hamamın əsaslı təmiri və bərpası üçün yerli şöbə tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR