2023-cü ildə səhiyyə xərclərinin 73 faizdən çoxu İTSDA-nın payına düşüb

2023-cü ildə səhiyyə xərclərinin 73 faizdən çoxu İTSDA-nın payına düşüb
# 23 may 2024 11:03 (UTC +04:00)

Ötən il istifadə edilmiş səhiyyə xərclərinin 73,4 faizi və ya 1263,8 milyon manatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin payına düşür ki, bu da 2022-ci illə müqayisədə 141,2 milyon manat və ya 12,6 faiz çoxdur.

APA xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Hesabatda qeyd edilib ki, həmin vəsaitin 1134,1 milyon manatı əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına, 129,7 milyon manatı səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin icrası ilə bağlı xərclərə yönəldilib.

“2023-cü ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən əlavə olaraq 18,5 milyon manat məbləğində vəsait də səhiyyə xərclərinə yönəldilib ki, bununla da səhiyyə xərcləri dövlət büdcəsi xərclərinin 4,8 faizi həcmində olmaqla 1740,6 milyon manat təşkil edib. Bu 2022-ci illə müqayisədə 281,9 milyon manat və ya 19,3 faiz çoxdur”, - deyə hesabatda bildirilib.

Qeyd edilib ki, son 5 ildə, yəni 2019-cu illə müqayisədə 2023-cü ildə səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,1 faiz-bənd, mütləq ifadədə isə 848,5 milyon manat və ya 2,0 dəfə artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR