Bank Of Baku

30-35 yaşlı şəxslər peşə təhsili ala bilər

30-35 yaşlı şəxslər peşə təhsili ala bilər
# 16 noyabr 2023 16:28 (UTC +04:00)

Əvvəllər 18 yaşa çatanda insanlar elektron sistemlərlə tanış olurdusa, artıq məktəb yaşından onlar texnologiya ilə tanış olurlar. Biz istəyirik ki, 30-35 yaşında olan şəxslər peşə təhsil kolleclərinə yaxınlaşaraq data elmi, kiber təhlükəsizliyi öyrənmək istədiyini desinlər. Artıq bu istiqamətdə işlər görmək üçün Elm və Təhsil Nazirliyi ilə danışıqlar aparılır.

APA-Economics” xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktorunun vəzifələrini icra edən Fariz Cəfərov bu gün 2-ci Bakı Forumunda panel çıxışı zamanı deyib.

O bildirib ki, artıq universitetlər də təhsil proqramını dəyişməli və yeniliklərə uyğunlaşmalıdır:

“Sovet dövründə dörd illik təhsillə kifayətlənmək mümkün idi. Lakin indi zaman, tələblər dəyişib. Mən 3 ildə 4 magistr təhsili almışam”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR