Bank Of Baku

31 il əvvəl Daşaltıda itkin düşən şəxsin qalıqları Xızıda dəfn olunub - FOTO - YENİLƏNİB

31 il əvvəl Daşaltıda itkin düşən şəxsin qalıqları Xızıda dəfn olunub - FOTO  - YENİLƏNİB
# 24 avqust 2023 13:22 (UTC +04:00)

Kütləvi məzarlıqlarda qalıqları tapılan Rüstəmov Araz Bağı oğlunun qalıqları Xızıda dəfn olunub.

APA xəbər verir ki, şəhidin qalıqları Giləzi qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

12.56

Kütləvi məzarlıqlarda qalıqları tapılan Rüstəmov Araz Bağı oğlunun qalıqları Xızı rayonuna gətirilib.

APA xəbər verir ki, şəhidlə Xızı rayonunun Giləzi qəsəbəsində vida mərasimi keçirilir.

Şəhidin qalıqları Giləzi qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Rüstəmov Araz Bağı oğlu 1968-ci ildə Giləzi qəsəbəsində anadan olub. 1992-ci ilin yanvar ayında Şuşa rayonunun Daşaltı kəndində itkin düşüb. Onun qalıqları bir müddət əvvəl kütləvi məzarlıqda tapılıb.

Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.

Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.

Əli Əliyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR