Bank Of Baku

31 il əvvəl Daşaltıda itkin düşmüş Nofəl Qurbanov Sabunçu Şəhidlər xiyabanında dəfn edilib - FOTO

31 il əvvəl Daşaltıda itkin düşmüş Nofəl Qurbanov Sabunçu Şəhidlər xiyabanında dəfn edilib - FOTO
# 25 avqust 2023 13:56 (UTC +04:00)

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılan Qurbanov Nofəl Nəriman oğlunun cənazəsi Sabunçu rayonunda dəfn olunub.

APA xəbər verir ki, əvvəlcə şəhidlə evində vida mərasimi keçirilib.

Daha sonra şəhidin cənazəsi Sabunçu rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, Qurbanov Nofəl Nəriman oğlu 1971-ci ildə Bakıda doğulub.

Bakı şəhəri 82 nömrəli məktəbi bitirdikdən sonra 1991-ci ildə həqiqi hərbi xidmətə çağrılıb.

O, qızğın döyüşlər zamanı ön cəbhədə vuruşub və 1992-ci ildə "Daşaltı əməliyyatı"nda itkin düşüb.

Qeyd edək ki, bir müddət öncə kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. Siyahıya əsasən, 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.

Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR