Bank Of Baku

46 uşağa sümük iliyi köçürülməsi əməliyyatı həyata keçirilib

46 uşağa sümük iliyi köçürülməsi əməliyyatı həyata keçirilib
# 23 dekabr 2022 11:48 (UTC +04:00)

"Ötən ilin yanvar ayından bu günə qədər icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində dövlət tibb müəssisələrində uşaqlara 400-ə yaxın kardiocərrahiyyə əməliyyatı icra olunub".

APA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktor müavini Araz Nəsirov deyib.

O bildirib ki, 2020-ci ildən etibarən Respublika Endokrinoloji Mərkəzində boy hormonu çatışmazlığı diaqnozu qoyulan 1000-dən çox uşaq dövlət tərəfindən müvafiq dərman preparatı ilə təmin olunub, 81 eşitmə qüsuru olan uşağa koxlear implantasiya əməliyyatı icra edilib və 1 nəfər uşaqda endoprotezləşdirmə əməliyyatı həyata keçirilib:

"2020-ci ilin aprelindən bu günə qədər 46 uşağa sümük iliyi köçürülməsi əməliyyatı həyata keçirilib".

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR