2021-ci ildə təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaricedilmələrin sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib.
Ötən il təhsil müəssisələrindən xaric edilənlərin sayı 5610 olub, onlardan 2670-i bakalavr, 766-sı magistratura, 1216-sı tam orta ixtisas bazası, 958-i ümumi orta ixtisas bazası üzrə olub.