Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
# 19 mart 2021 11:58 (UTC +04:00)

Martın 18-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 18 996 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 474 607 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR