Dövlətin maliyyələşdirdiyi tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma tətbiq ediləcək

Dövlətin maliyyələşdirdiyi tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma tətbiq ediləcək
# 11 yanvar 2021 17:06 (UTC +04:00)

Baş nazir Əli Əsədov “Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi məsələlər barədə” qərar imzalayıb.

APA-nın məlumatına görə, qərara əsasən, 2021-ci il oktyabrın 1-dən Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün yalnız yeni smeta-normativ və qiymətqoyma sistemi və onun əsasında qiymətqoymanın resurs metodu tətbiq ediləcək.

Qərarla Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb:

- tikintidə yeni smeta-normativ və qiymətqoyma sisteminə aid texniki-normativ hüquqi aktların təsdiq edilməsini və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsini 2021-ci il martın 1-dək təmin etsin;

- tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatları almaq üçün müvafiq sorğuların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etsin;

- tikinti üçün dəmir yolu nəqliyyatı vasitəsilə yükdaşımaların cari qiymətləri səviyyəsində tariflər barədə məlumatları almaq üçün müvafiq sorğuların “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə təqdim olunmasını təmin etsin;

- Azərbaycan Respublikasının ərazisində tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarı üzrə 1 (bir) maşın-saatın dəyərinin müəyyən edilməsinə aid məlumatların (tikinti üçün avtonəqliyyat vasitələri ilə yükdaşımalar da daxil olmaqla) hazırlanması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatların dəqiqləşdirilməsi, həmçinin tikinti resurslarının cari qiymətlərinin monitorinqinin aparılması, resursların cari qiymətlərinin sistemləşdirilməsi, smeta qiymətlərinin müəyyənləşdirilməsi və təsdiq edilməsi işlərinin yerinə yetirilməsini təmin etsin;

Azərbaycan Respublikasının ərazisində resurslar üzrə aparılmış hesablamalar əsasında və qiymət monitorinqi nəticəsində formalaşdırılmış cari qiymətlərin müzakirəsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətli mütəxəssisləri daxil olmaqla, müşahidə qrupunun yaradılmasını təmin etsin;

- Azərbaycan Respublikasının ərazisində tikinti resurslarının cari qiymətlərinin monitorinqinin nəticələrinə əsasən cari qiymətlərin sistemləşdirilməsini, tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarı üzrə (tikinti üçün avtonəqliyyat vasitələri ilə yükdaşımalar da daxil olmaqla) 1 (bir) maşın-saatın dəyərinin təyin edilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatların dəqiqləşdirilməsini və 2021-ci il iyulun 1-dək bu Qərarın 7-ci hissəsində nəzərdə tutulmuş cari qiymətlərin informasiya sistemində yerləşdirilməsini, bütün bu məlumatların Müşahidə qrupunun üzvləri tərəfindən müzakirə olunduqdan sonra resursların cari smeta qiymətlərinin təsdiq olunmasını, topluların çap edilməsini və bu sənədlərin özünün rəsmi 3 internet səhifəsində yerləşdirilməsini 2021-ci il avqustun 1-dək təmin etsin;

- Azərbaycan Respublikasında inflyasiya dərəcəsində və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdə baş verə biləcək dəyişikliklərlə bağlı, həmçinin digər səbəblərdən resursların qiymətlərində və tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatlarda hər hansı dəyişiklik müşahidə edildiyi halda, ildə azı bir dəfə həm tikinti resurslarının cari qiymətlərinin monitorinqinin nəticələri və tikinti maşın və mexanizmlərinin istismar xərclərinin müəyyənləşdirilməsi üzrə hesablamalar, həm də bu Qərarın 4-cü hissəsində göstərilən dövlət orqanlarının (qurumların) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim edəcəyi yeni məlumatlar əsasında resursların cari smeta qiymətlərini yenidən hesablayaraq, onların təsdiq və dərc edilməsini təmin etsin;

- Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün mövcud dünya təcrübəsindən istifadə etməklə, yeni smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi məqsədilə 2022-ci il aprelin 1-dək müvafiq normativ-metodik sənədlərin hazırlanmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

- Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikinti üçün layihə işlərinin cari qiymətlərlə hesablanması ilə bağlı təkliflərini 3 (üç) ay müddətində aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin;

- tikintidə üstəlik xərclər və smeta gəliri üzrə normativlərin, “Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin saxlanılması xərclərinin limitləri”nin (texniki nəzarətçinin saxlanılması xərcləri də daxil olmaqla), həmçinin digər limitləşdirilmiş xərc normalarının hədlərini bir daha nəzərdən keçirib, onların təsdiq edilməsi üçün təkliflərini 2 (iki) ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

- tikintidə yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiqi ilə əlaqədar müvafiq işlərin aparılması və mövcud dünya təcrübəsindən istifadə etməklə, yeni normativ-metodik sənədlərin hazırlanması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində müvafiq qurumun yaradılması ilə bağlı təkliflərini 2 (iki) ay 4 müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

- resurs metodunun tətbiqi ilə əlaqədar layihə-smeta sənədlərinin tərtibində iştirak edən mütəxəssislərin maarifləndirilməsi üçün seminarların təşkili işinin davam etdirilməsini təmin etsin.

Qərara əsasən, nəzərə alınıb ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən məlumatlar cari qiymətlərin informasiya sisteminə daxil edildikdən sonra Müşahidə qrupunun hər bir üzvü tərəfindən 20 (iyirmi) gün müddətində baxılmalı və hər hansı qiymətə dair irad olduğu təqdirdə rəy bildirilməlidir. Qeyd olunan müddət ərzində rəy bildirilmədikdə, cari qiymətlər məqbul hesab olunur.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti resurs metodunun tətbiqinə başlanıldığı vaxtdan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq qaydada aidiyyəti üzrə təqdim olunacaq sorğulara əsasən tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatları və dəmir yolu nəqliyyatı vasitəsilə 1 (bir) ton yükün daşınmasına (daşınma məsafəsindən və yükün sinfindən asılı olaraq) aid cari qiymətlər səviyyəsində tarifləri operativ qaydada hazırlayıb Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim etsinlər.

- Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən istehsalçı müəssisələrin istehsal etdikləri tikintidə istifadə olunan məhsulların, satış təşkilatlarının realizə etdikləri tikinti materiallarının, məmulatlarının, konstruksiyalarının, mebel-inventar və avadanlıqların buraxılış (satış) cari qiymətləri, həmçinin balanslarında tikinti maşın və mexanizmləri və avtonəqliyyat vasitələri olan təşkilatların tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarının 1 (bir) maşın-saatı üçün cari qiymətlər səviyyəsində xərcləri barədə məlumatlar həmin müəssisə və təşkilatlar tərəfindən, dəniz və hava nəqliyyatı növləri vasitəsilə 1 (bir) ton yükün daşınması (daşınma məsafəsindən və yükün sinfindən asılı olaraq) tarifləri barədə məlumatlar həmin yükdaşımalarla məşğul olan qurumlar tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin bu Qərardan irəli gələn sorğularına əsasən operativ qaydada təqdim edilsin.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi inşaat materialları, məmulatları, konstruksiyaları, mebel-inventar və avadanlıqlar üzrə vahid mal nomenklaturasının yaradılması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin iştirakı ilə İşçi qrup yaradaraq, təkliflərini 2021-ci il martın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla, resursların cari qiymətlərinin və tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatların operativ şəkildə toplanmasını və Müşahidə qrupu tərəfindən izlənilməsini təmin edən cari qiymətlərin informasiya sisteminin 2021-ci il mayın 1-dək hazırlanmasını və ona mütəmadi olaraq texniki dəstək göstərilməsini təmin etsin.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yeni smetanormativ və qiymətqoyma sisteminə aid texniki-normativ hüquqi aktların tətbiqi və təkmilləşdirilməsinə (Türkiyə Respublikasının mövcud təcrübəsinə əsasən hazırlanacaq normativ-metodik sənədlər və informasiya sistemləri daxil olmaqla) aid tədbirlərin və resurs metodu üzrə müvafiq işlərin aparılması və tənzimlənməsi ilə bağlı digər təşkilati məsələlərin, o cümlədən cari qiymətlərin informasiya sisteminin maliyyələşdirilməsini təmin etsin.

“Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smetanormativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci və 4-7-ci hissələri ləğv edilsin. 10. Azərbaycan Respublikasının ərazisində ehtimal olunan qiymətləri 2021-ci il oktyabrın 1-dək hesablanmış dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin dəyərinin 1991-ci ilin smeta-normativ və qiymətləndirmə metodikası əsasında qiymətləndirildiyi nəzərə alınsın.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR