Martın 1-də keçirilən buraxılış imtahanının nəticələrinin 10 gün ərzində elan olunması gözlənilir.
Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən bildirilib.
Məlumatda qeyd edilir ki, 2020-ci il martın 1-də Bakı, Şirvan və Naxçıvan MR-nın ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrinin xüsusi proqram vasitəsilə onlayn yoxlanılma prosesi də davam edir. İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.