Cari ilin 11 noyabr tarixində Vyanada ADA Universitetinin məzunlarının II forumu keçirilib.
APA xəbər verir ki, ötən il ilk forum Macarıstanın Budapeşt şəhərində keçirilib. Builki toplantıya Avropanın 28 ölkəsindən 105 ADA Universiteti məzunu iştirakçı qismində qatılıb.
Forumda ADA Universitetinin gələcək strategiyası, Cənubi Qafqaz regionununda yeni perspektivlər, Qarabağda quruculuq işləri və s. müzakirə olunub. Müvafiq mövzular üzrə, məzunlar 10 qrupa bölünərək müzakirələr keçirib və müzakirə nəticələrini təqdim edərək, Azərbaycanın gələcək inkişafı ilə bağlı təkliflərini səsləndirib.